Mehman

İfadə və məlumat azadlığı hüququnun təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən 119 təşkilatdan ibarət qlobal şəbəkə olan İFEX üzvlərindən biri olan Reportyorların Azadlıq İnstitutunun sədri Mehman Hüseynovun işinin daha əvvəl onu məhkum etmiş apellyasiya məhkəməsinə geri qaytarılması barədə Azərbaycanın Ali Məhkəməsinin qərarını qətiyyətlə pisləyir. » » » »

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) jurnalist Mehman Hüseynovu onun işinə apellyasiya məhkəməsində yenidən baxılmalı olduğu kimi əsassız bəhanə ilə azadlığa buraxmaqdan imtina etdiyi üçün Azərbaycanın Ali Məhkəməsini qınayır. » » » »

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
Mehmanın işi barədə Bəyanat
12/4/2017

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün Bakıda Apellyasiya Məhkəməsinin Mehman Hüseynovun diffamasiya ittihamı ilə məhkum olunduğu iki il azadlıqdan məhrum etmə cəzasının qüvvədə saxlanması barədə qərarını qətiyyətlə pisləyir. RATİ hesab edir ki, təşkilatın sədri və populyar blogger Mehman Hüseynov məhz məmurların korrupsiya əməlləri və rəsmi səviyyədə qohumbazlığı tənqid edən fəaliyyətinə görə hədəfə alınıb və o, dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır.Bakının Apellyasiya Məhkəməsi Mehmanın diffamasiyaya görə iki müddətinə azadlıqdan məhrum olunması barədə aşağı instansiya məhkəməsinin 3 mart tarixli qərarını qüvvədə saxlayıb. Məhkəmə iş üzrə faktları gözardı edərək, Mehmanın yanvarın 9-da həbsdə işgəncəyə məruz qalması faktını lazımi qaydada araşdırmaqdan imtina edib.

“Mən bütün məhkəmə iclaslarında iştirak etmişəm və iddiaçının vəkili tərəfindən irəli sürülən hər bir arqument və yalanın Mehmanın vəkilləri tərəfindən tamamilə darmadağın edildiyinin şahidi olmuşam. Məhkəmə ədalət mühakiməsinin ən elementar prinsiplərinə qarşı aşkar hörmətsizlik nümayiş etdirdi və bununla da öz etimadını tamamilə məhv etdi. Azərbaycanın tərəfdaşları və investorları üçün ölkənin ədliyyə sisteminin nə ədalətli, nə də qərəzsiz olmadığını etiraf etməyin zamanı gəlib çatıb və onlar Azərbaycanla əməkdaşlıqlarını təcili və şəffaf islahatlarla şərtləndirməlidirlər,” deyə RATİ-nin sədr əvəzi Hafiz Babalı bildirib.

Məhkəmə aşağı instansiya tərəfindən Mehmanı ittiham edən şəxsin prosesdə iştirakının – elementar ədalət mühakiməsi prinsipinin – təmin olunmadığı faktını nəzərə almayıb. Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, yalnız fiziki şəxs diffamasiya və ya böhtan iddiası qaldıra bilər. Məhkəmə qanuna zidd olaraq qurumun adından fiziki şəxsin şikayət verməsinə imkan verib. Bundan başqa, şikayəti verən polis məmuru Mehmanla heç vaxt şəxsən rastlaşmayıb.

“Bugünkü hökm Azərbaycanın ədliyyə sisteminin tamamilə sıradan çıxmış olmasının konkret sübutudur,” deyə RATİ-nin Baş İcraçı Direktoru Emin Hüseynov qeyd edib.

“Mehman ümumiyyətlə mühakimə olunmamalı idi. Ona işgəncə verənlər və təzyiq göstərənlər mühakimə olunmalı idi. Mehmanın işi hakimiyyətin müstəqil və tənqidçi fəalları və şəxsləri əzmək məqsədi daşıyan amansız kampaniyasının daha bir biabırçı nümunəsidir.”

Apellyasiya məhkəməsi və ondan əvvəlki instansiya məhkəməsi müdafiə tərəfin vəkillərinin Mehmanın döyüldüyünü və ona işgəncə verildiyini sübut etməyə kömək edəcək şahid və ekspertlərin ifadə verməsi barədə vəsatətlərini təmin etməyib. Əvəzində, hər iki məhkəmə heç bir tibbi təhsili olmayan polis işçilərinin Mehmanın paltarındakı qan ləkələrinin yalnız sürtünmədən əmələ gəlməsi barədə dediklərini qəbul edib. Bununla yanaşı, hər iki məhkəmə müdafiə tərəfin Mehmanın oğurlandığı yerdə qeydə alınmış video görüntülərə, onun polis avtomobilində olduğu müddətin mövcud olmalı olan videoyazısına və polis idarəsinin özünün içəri və bayır hissələrinin video görüntülərinə baxış keçirilməsi barədə vəsatətlərini də rədd edib. Bunların istənilən biri Mehmanın hansı vəziyyətdə idarəyə gətirildiyi və onunla necə davranıldığını sübut edə bilərdi. Şikayətçi iddia edir ki, polisin Mehman üçün çağırdığı təcili yardım onda həbsdən əvvəl olan xəsarətlərlə bağlı idi, lakin bu belə olsa idi, nə üçün onlar Mehmanı əvvəlcə xəstəxanaya aparmamışdılar.

Bu işin başlanğıcından Mehmana qarşı baş vermiş və hakimiyyətin onu illərdir hədəfə aldığını göstərən saysız-hesabsız məsələlər var. O, ötən illərdə bir neçə dəfə saxlanıb və həbs olunub. O, 2014-cü ildə ölkədən çıxmaq istəyərkən passportu ləğb olunub və ona ziddiyyətli səbəblər göstərilib. O, daha sonra etibarlı passport əldə etmək üçün şəxsiyyət vəsiqəsini yeniləmək istəyib, lakin hakimiyyət orqanları onun köhnə vəsiqəsini alıb yenisini verməkdən imtina ediblər. Bunun üçün heç bir izahat verilməyib və bu günə qədər ona etibarlı şəxsiyyət vəsiqəsi verməkdən imtina olunur.

“Məhkəmənin qərarında təəccüblü heç nə yoxdur. Bu, sadəcə Mehman və RATİ-nin 2008-ci ildən məruz qaldığı sərt rəftarın davamıdır. Mehman Azərbaycan xalqının maraqlarına xidmət edirdi və korrupsiya faktını aşkar edən kimi işfa etməyə çalışırdı. Bu, onun saxlanmasının, döyülməsinin, cərimələnməsinin, ittiham olunmasının və diffamasiya işi üzrə iki həbs cəzasına məhkum edilməsinin əsl səbəbidir. Halbuki, diffamasiya ümumiyyətlə cinayət əməli hesab olunmamalıdır,” deyə RATİ-nin Baş İcraçı Direktoru Emin Hüseynov bildirib.

RATİ jurnalist və hüquq müdafiəçisi Mehman Hüseynovun dərhal azadlığa buraxılmasına, onun məhkumluğunun ləğvinə və işgəncə ilə bağlı dediklərinin ətraflı və qərəzsiz araşdırılmasına çağırır.

RATİ Hüseynovun hüquqlarını pozmaqda günahkar hesab olunan hər bir şəxsin məsuliyyətə cəlb olunmasına, bu pozuntulara görə Hüseynova adekvat təzminat verilməsinə, o cümlədən məruz qaldığı məlum olan bütün işgəncələrə görə kompensasiya almaq hüququnun təmin olunmasına çağırır.

Emin Hüseynov

RATİ-nin Baş İcraçı Direktoru / Həmtəsisçisi
www.irfs.org
emin.huseynov@irfs.org
PGP 75E9 C082 2415 A52B 215A 7120 BB05 B126 D4F5 93B3
forhuseynov@gmail.com
Cell, FaceTime, iMessage, Telegram, Signal, Whatsapp, Viber: +41 788 788 428
twitter: @EmiHus
facebook fb.com/HUSEYNOVER

Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə bloger Mehman Hüseynovun barəsində Suraxanı rayon məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. İclasda KİV nümayəndələri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri iştirak edib. İclas zalı kiçik olduğu üçün iştirak etmək istəynlərin bir çoxu bayırda gözləməli olub. Prosesdə Mehman da iştirak edib. Onun hüquqlarını vəkillər Fuad Ağayev, Elçin Sadıqov və Şəhla Hümbətiva qoruyublar.
Müdafiə tərəfin məhkəmə tərkibinə verdiyi etiraz müzakirə edilib. Hakim məhkəmə sədrinin etirazı təmin etmədiyini bildirib. » » » »

• Məhkəmə bir prosesdə məhkəmə istintaqını yekunlaşdırdı;
• Müdafiə tərəfinin heç bir vəsatəti təmin edilmədi, təqsirləndirilən məhkəmə zalında qandallandı.

Martın 3-də Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə Mehman Hüseynov, vəkili Elçin Sadıqov və xüsusi ittihamçının nümayəndəsi Əlirza Həbilov iştirak edib.

Hakim Mehman Hüseynovun şəxsiyyət vəsiqəsinin olmaması ilə əlaqədar ötən iclasda müdafiə tərəfinin iradına cavab olaraq bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) portalından Mehman Hüseynovun fotosu və baza məlumatları daxil olub. O, Mehman Hüseynovun anket məlumatlarını səsləndirib və təqsirləndirilən şəxsdən məlumatlarla razı olub-olmadığını soruşub. Mehman Hüseynov bildirib ki, onun nə şəxsiyyət vəsiqəsi, nə da digər sənədi var. Hakim isə bildirib ki, DİN ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edirsə, bu barədə məhkəməyə müraciət etmək hüququ var. Mehman Hüseynov bir neçə dəfə məhkəməyə müraciət etdiklərini, lakin nəticə olmadığını deyib. » » » »