BİZİM YOL QƏZETİNİN ƏMƏKDAŞINA OLAN HÜCUMLA BAĞLI HÜQUQ MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT EDİLİB

.“Bizim yol” qəzetinin əməkdaşı Ramid İbrahimovun  noyabrın 26-da  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH)  əməkdaşı tərəfindən fiziki hücuma məruz qalması ilə əlaqədar  Media Hüququ İnstitutu (MHİ)  Daxili İşlər Nazirliyinə (DİN), Baş prokurorluğa və Mətbuat Şurasına (MŞ) müraciət edib.

Bu barədə bu gün (03  dekabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  (RATİ)  MHİ-dən Ramid İbrahimovun nümayəndəsi Zibeydə Zəkəryayeva məlumat verib.

Z. Zəkəryayeva bildirdi ki,  noyabrın 30-da MHİ faktla bağlı yuxarıda adıçəkilən qurumlara şikayət ərizəsi göndərərək, hadisənin araşdırılması və jurnalistə xətər yetirənlərin şəxsiyyətinin müəyyənləşdirilərək, barələrində müvafiq ölçü götürülməsini istəyib.

Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı Ramid İbrahimov  noyabrın 26-da  “Qış parkı”  layihəsi əsasında  Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 73 ünvanında evlərin  sökülməsi ilə  əlaqədar foto  çəkiliş apararkən,  BŞİH –nin əməkdaşlarının fiziki hücumuna məruz qalmışdı və nəticədə jurnalistin fotoaparatı sındırılmışdır.

Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

 

 

Previous Post

SAHİBKAR XANİM VERGİ ORQANLARININ QANUNSUZ ƏMƏLLƏRİNDƏN NARAZIDIR

Next Post

KEÇMİŞ NAMİZƏDƏ QARŞI 3 NƏFƏR XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA İRƏLİ SÜRÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.