ƏFV OLUNMUŞ JURNALİST İŞƏ QƏBUL OLUNUB

 2007-ci ilin sonunda əfv fərmanı ilə azadlığa çıxan "Sənət qəzeti" -nin əməkdaşı  Rafiq Tağı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim kimi işə qəbul olub.

Bu barədə "Mediaforum" saytına verdiyi açıqlamasında R. Tağı bildirib ki, "yanvarın 8-də Səhiyyə Nazirliyinə müraciət etmişdim. Müraciətimi müsbət qiymətləndiriblər. Bir ay 9-cu stansiyada işləyəcəyəm, daha sonra başqa stansiyaya keçəcəyəm".                                                                                                                           Xatırladaq ki, R. Tağı 11 il Moskvada tibb sahəsində işlədikdən sonra 1990-cı ildən 17 il ərzində Bakıda Təcili və Təxirəsalınmaz Tibb Yardım Stansiyasında işləyib. Lakin həbs edildiyindən işdən azad olunub.

Previous Post

STREKALİNİN MTN-DƏ SAXLANDIĞI BİLDİRİLİR

Next Post

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU HARAŞTİYƏ HÜCUMLARI PİSLƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.