ƏVƏZ ZEYNALLI BARƏSİNDƏ HƏBS QƏTİMKAN TƏDBİRİ DƏYİŞDİRİLMƏDİ

Bu gün (18 yanvar) Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində seçilmiş  həbs qətimkan tədbirinin müddətinin 3 ay uzadılmasının ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı baş redaktorun vəkilinin vəsatətinə əsasən məhkəmə prosesi keçirilib.

Hakim vəsatətin təmin edilməməsi ilə bağlı qərar çıxarıb.

Xatırladaq ki, oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər. 1 dekabr 2011-ci ildə Nəsimi rayon Məhkəməsi  seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsi barədə qərar çıxarıb.

Previous Post

JURNALİSTLƏR PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA TƏZYİQƏ MƏRUZ QALIB

Next Post

DƏLƏDUZLARI PREZİDENT ADMİNİSTRASİYASI HİMAYƏ EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.