ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏYİB

Bu gün (27 yanvar) Bakı apellyasiya məhkəməsində “Xural” qəzetinin baş
redaktoru Əvəz Zeynallı ilə bağlı 2 proses keçirilib.

Əvəz Zeynallının
vəkili Mənsum Bayramov Reportyorların Azadlıq və Təhlükəsizlik
İnstitutuna bildirib ki, Hakim Abid Abdinbəyovun sədrliyi ilə
keçirilən prosesdə baş redaktorun istintaq müddətinin uzadılmasından
verilən şikayətə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən
prosesdə isə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməi
ilə bağlı şikayətə baxılıb. Mənsum Bayramov qeyd edib ki, Əvəz
Zeynallı əvvəllər onunla bağlı bir neçə işə baxan hakim Mirpaşa
Hüseynovla bağlı etiraz vəsatəti verib, lakin vəsatət təmin edilməyib.
Vəkil əlavə edib ki, o,  prosesdə Əvəz Zeynallının ictimai təhlükə
doğurmadığını və bu səbəbdən də onunla bağlı həbs qətimkan tədbirinin
müddətinin uzadılmasına heç bir ehtiyac olmadığını bildirsə də, hər
iki hakim 1-ci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlayıb.
Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın
şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor
barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və
311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə
cinayət işi başlanıb və oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz
Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Yanvarın 17-də
Nəsimi rayon məhkəməsində baş redaktor barəsində çıxarılmış həbs
qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb,
yanvarın 18-də keçirilən prosesdə isə həbs qətimkan tədbirinin ev
dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət təmin olunmayıb.  Baş
redaktorun vəkilləri hər iki qərardan apelyyasiya şikayəti vermişdi.
Previous Post

ƏVƏZ ZEYNALLINNIN ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏDİ

Next Post

RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.