ƏVƏZ ZEYNALLININ HƏBSİNƏ SƏBƏB OLMUŞ CD-NİN EKSPERTİZASI YEKUNLAŞIB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya rüşvət tələb etməsi ilə bağlı YAP-çı millət vəkili Gülər Əhmədovanın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim etdiyi audioyazı barəsində ekspert rəyi açıqlanıb. Bu barədə “xural.com” saytı xəbər yayıb.

Məlumata görə, bu  barədə yanvarın 24-də   Bakı İstintaq Təcridxanasında olan Ə. Zeynallıya vəkillərin iştirakı ilə məlumat verilib. Baş redaktorun vəkili Elçin Sadıqovun sözlərinə görə, ekspert rəyinə baxdıqdan sonra müdafiəçi tərəf bir daha əmin olub ki, Ə.Zeynallı iddia olunduğu kimi Gülər Əhmədovadan heç bir məbləğdə pul istəməyib. O cümlədən də istintaqın iddia etdiyi kimi hədə-qorxu faktı da aşkarlanmayıb. Bu barədə daha geniş məlumatı sabah təqdim edəcəyik.

 Xatırladaq ki, oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər. 1 dekabr 2011-ci ildə Nəsimi rayon Məhkəməsi  seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsi barədə qərar çıxarıb.

 

Previous Post

AZƏRBAYCAN İCTIMAİYYƏTİ FRANSA SENATININ QƏRARINI PİSLƏYİR

Next Post

BAŞ REDAKTORUN İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.