ƏVƏZ ZEYNALLININ SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏR YARANIB

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının səhhətində problemlər yaranıb. Bu barədə RATİ-yə “Xural” qəzetinin direktoru Nizami Həsənov məlumat verib.

N. Həsənovun sözlərinə görə, Ə. Zeynallının səhhəti ilə bağlı Penitensiar Xidmətin tibb-sanitar hissəsi   ailə üzvlərinə rəsmi məlumat verib. Məlumatda bildirilir ki, Zeynallının müayinəsi zamanı ona “Xroniki Hepatoxolesistit, hepatomeqaleya; Böyrəkdə duzların kristallaşması; Bel fəqərələrinin ostreanxondrozu, radikulinevralgiya; Xroniki sobatrofik rinit” diaqnozu təyin edilib.

N. Həsənovun sözlərinə görə, Zeynallıya Penitensiar Xidmətin tibb-sanitar hissəsində müalicə aparıldığı bildirilsə də səhhətində ciddi problemlər qalmaqdadır. Habelə onun kürək nahiyəsindəki xala infeksiya düşdüyü üçün şiş əmələ gəlib və burun çəpərin də təcili əməliyyata ehtiyacı var.   

Xatırladaq ki, Əvəz Zeynallı 10 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

FƏRƏMƏZ NOVRUZOĞLU HAQQINDA HÖKM ÇIXARILAN GÜNDƏN ACLIQ AKSİYASINA BAŞLAYIB

Next Post

LƏNKƏRANDA VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN YENI TƏLİM KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.