ALİ MƏHKƏMƏ SMDT-NİN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI MƏHKƏMƏ İŞİNİ YENİDƏN APELLYASİYA MƏHKƏMƏSİNƏ GÖNDƏRİ

Bu gün (13 avqust) Ali Məhkəmədə hakim Aslan Kəlbəliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratik Tədrisi Mərkəzinin (SMDT) təsisçiləri Anar Məmmədli və Bəşir Süleymanlının kassasiya şikayətinə baxılıb.

Şikayətçilərin Ədliyyə Nazirliyinə qarşı iddiasının təmin olunmaması ilə bağlı Yasamal rayon məhkəməsinin qərarını Apellyasiya Məhkəməsi qüvvədə saxlasa da, Ali Məhkəmə yenidən baxılması üçün işin Apellyasiya məhkəməsinə göndərilməsinə qərar verib.

 

SMDT-nin təsisçiləri A.Məmmədli və B.Süleymanlı məhkəmədən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirdilər ki, hakimin bu qərarı işin bir daha uzanmasına səbəb olur. Onlar bildiriblər ki, bu qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcəklər.

 

Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratik Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və təşkilatın təsisçisi Bəşir Süleymanlı 26 yanvar 2009-cu ildə birliyin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Lakin Ədliyyə Nazirliyi təşkilatın sənədlərində müxtəlif çatışmazlıqların olduğunu qeyd edərək onu qeydə almaqdan imtina etdiyi üçün SMDT Yasamal rayon məhkəməsinə müraciət edib. 2 sentyabr 2009-cu il tarixində məhkəmə iddianın təmin edilməməsi barədə qərar çıxarıb.  17 dekabr 2009-cu ildə apellyasiya məhkəməsi Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxladığına görə, təşkilat Ali Məhkəməyə müraciət etmişdi.

 

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,575/lang,az/  

Previous Post

“LİDER” TELEKANALININ “SİTATIN SONU” RUBRİKASINDA EYNULLA FƏTULLAYEVƏ QARŞI “QARA PİAR” APARILIB

Next Post

SAKİNLƏR RƏSUL RZA KÜÇƏSİNDƏKİ BİRMƏRTƏBƏLİ EVDƏ BAŞ VERMİŞ PARTLAYIŞIN TƏXRİBAT OLDUĞUNU BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.