“AMERİKANIN SƏSİ” VƏ “AZADLIQ” RADİOLARININ “TÜRKSAT” PEYKİNDƏ YAYIMI DAYANDIRILIB

“Amerikanın səsi» və «Azadlıq» radiolarının Azərbaycan xidmətlərinin Türksat peyki vasitəsi ilə yayımı oktyabrın 27-dən dayandırılıb.

“Azadlıq” radiosunun internet səhifəsində radioların yayımının dayandırılmasını texniki səbəblərlə izah edilsə də, texniki problemin nə vaxt aradan qaldırılması ilə bağlı hər hansı məlumat verilmir. Bununla yanaşı, Türksat peykinin tezliklər siyahısından da hər iki radionun adı və tezlikləri ilə bağlı məlumatlar çıxarılıb.

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) məsələni araşdırmaq üçün Türksat-ın səlahiyyətli şəxslərinə sorğu ilə  müraciət edib və yaxın günlərdə bu barədə ictimaiyyətə  açıqlama veriləcək.

Previous Post

MƏLAHƏT NƏSİBOVAYA “RAFTO” MÜKAFATI TƏQDİM EDİLİB

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ DAHA DA KƏSKİNLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.