AQİL XƏLİLİN YALNIZ DÖYÜLMƏSİ İLƏ BAĞLI İSTİNTAQ APARILIR

Fevralın 22-də Binəqədi rayon ərazisində “Zeytun bağları” deyilən ərazidə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlili döyən şəxslər artıq istintaqa məlumdur.

Bu xəbəri RATİ-yə qəzetin baş direktoru Azər Əhmədov verib. Onun sözlərinə görə, hal-hazırda həmin şəxslərin saxlanılması istiqamətində işlər görülür. A. Əhmədov onu da bildirib ki, bu gün A. Xəlil fevralın 22-də aldığı zədələrə görə yenidən tibbi ekspertizadan keçirilib.  Əhmədov əlavə edib ki,  həmin hadisə zamanı ətrafda olan və hadisəni telefonla çəkən  məktəblilər də dindirilib. İstintaq Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılır.
Bununla belə qəzetin direktoru Aqil Xəlilin bıçaqlanması ilə əlaqədar hələlik heç bir istintaq hərəkətinin aparılmadığından narahatlığını ifadə edib. O hesab edir ki, bu iş açılmaya bilər.
Qeyd edək ki, bu gün bir sıra qəzetlər (“Bizim yol”, “Yeni Müsavat”, “Azadlıq”)  A. Xəlili döyən şəxslərdən birinin xaricə qaçırıldığı barədə məlumat yayıb.  
Hazırda Aqil Xəlil Bakıda yaşayan qohumlarının evində qalır.

Previous Post

TƏLƏBƏLƏR QƏZET NƏŞR ETDİRMƏYƏ BAŞLAYIBLAR

Next Post

REDAKTORLAR BİRLİYİ “LİDER”-İN MÖVQEYİNİ PİSLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.