ARZU ABDULLAYEVA JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI BAŞ PROKURORA MÜRACİƏT EDİB

Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri, Helsinki Vətəndaş Assambleyesı Azərbaycan Milli Komitəsinin (HVA  AMK) sədri Arzu Abdullayeva “Yüksəliş Naminə” və “Mühakimə” qəzetlərinin müxbiri Elçin Həsənovun döyülməsi ilə əlaqədar baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Arzu Abdullayeva məlumat verib.

Müraciətdə bildirilir ki, müxbir 10 may 2009-cu il tarixində Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsində olarkən 20 nəfərə yaxın polis işçisi tərəfindən heç bir səbəb olmadan döyülüb və nəticədə çoxsaylı bədən xəsarətləri alıb: ”O, Neft Akademiyasında baş vermiş faciəli hadisədə həlak olan insanların yadetmə mərasimində iştirak edən bir qrup gəncin həbsi ilə bağlı məlumat əldə etmək üçün bölməyə gedib”.
  A.Abdullayeva müraciətində E.Həsənovun döyüldüyünün şahidi olduğunu da diqqətə çatdırıb: “Hörmətli Zakir müəllim. Şəxsən özüm həmin hadisələri monitorinq keçirdiyim zaman müşahidə etmişəm və təsdiq edirəm. E.Həsənov aldığı bədən xəsarətləri ilə bağlı həkimə müraciət edib, həkim onun qaraciyərinin və dalağının şişməsini müəyyən edib. O, hazırda aldığı bədən xəsarətlərindən müalicə olunur. Elçin Həsənova işgəncə verilməsi faktının araşdırılması və Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanması barədə Baş Prokurorluğun müvafiq idarəsinə göstəriş verməyinizi xahiş edirəm. Həmçinin xahiş edirəm ki, görülən tədbirlər barədə bizim komitəyə də məlumat verilməsinə dair göstəriş verəsiniz.”
Previous Post

İNSAN HÜQUQLARI ÜZRƏ MAARİFLƏNDİRMƏ İCTİMAİ BİRLİYİYENİ LAYİHƏNİN İCRASINA BAŞLAYIB

Next Post

ƏDLİYYƏ NAZİRLİYİ NÖVBƏTİ DƏFƏ MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.