ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Avqustun 8-də Hikmət Hacızadə 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu, gənc bloqçu Adnan Hacızadə ilə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) H. Hacızadənin özü məlumat verib.
            O, gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib. Bloqçuların kassasiya şikayətinə avqustun 19-da Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə baxılacağını deyən H.Hacızadə şikayət təmin olunmazsa Avropa Məhkəməsinə müraciət ediləcəyini vurğuladı.
          Xatırladaq ki, hakimiyyəti tənqid edən
“Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin   müəllifləri Adnan Hacızadə və digər blogger Emin Milli 08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

Previous Post

TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBƏ BƏRPA OLUNA BİLƏR

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ PROSESDƏ İDDİAÇI TƏRƏFİN ÇIXIŞLARI DİNL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.