AVROPA İTTİFAQININ TƏMSİLÇİLƏRİ HİLAL MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Noyabrın 15-də Avropa İttifaqının Bakı ofisinin Siyasət, iqtisadiyyat və informasiya şöbəsinin rəhbəri cənab Toralf Pilzin başçılıq etdiyi diplomat heyəti Hilal Məmmədovun evinə gələrək, onun ailə üzvləri ilə görüşmüblər. İki saata qədər davam edən görüşdə qonaqlar Hilal Məmmədovun həbs olunduğu gündən bu günə qədər baş verənlər barədə, habelə qondarma iş üzrə istintaq və məhkəmələrin gedişi ilə maraqlanıblar. Bu barədə RATİ-yə hüquq müdafiəçisi Ataxan Əbilov məlumat verib.

Onun sözlərinə görə, cənab Toralf Pilz görüşdə bildirib  ki, Avropa İttifaqının mərkəzi qərargahının göstərişi ilə baş tutan bu görüş eyni zamanda siyasi məna kəsb edir və bu onun təmsil etdiyi qurumun Hilal Məmmədovla həmrəyliyinin ifadəsidir.

Qonaqlar həmçinin Hilal Məmmədovun sağlamlıq durumu ilə maraqlanıblar və alimin sağlamlıq durumunu əks etdirən tibbi arayışlar qonaqlara təqdim edilib.

Görüşə qatılan Hilal Məmmədovun atası professor Əlif Məmmədov ailə adından göstərdikləri diqqətə görə Avropa Birliyinin simasında diplomatlara dərin təşəkkürünü bildirib.
Previous Post

RATİ AKSİYA ZAMANI JURNALİSTLƏRƏ QARŞI POLİS ZORAKILIĞINI PİSLƏYİR

Next Post

ƏVƏZ ZEYNALLI MƏHKƏMƏSİNDƏ SON SÖZÜNƏ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.