AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ DAVRANIŞ QAYDALARININ YENİ VARİANTI TƏQDİM EDİLİB

Bu gün (06 sentyabr) “Landmark” Biznes Mərkəzində ATƏT-in Bakı ofisi və Azərbaycan Mətbuat Şurasının “Medianın özünü tənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda keçirdiyi birgə konfransında “ Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları” nın yeni variantının təqdimatı olub (“Turan”).

Prezident Adminstrasiyası, Milli Məclisin deputatları beynəlxalq və yerli ekspertlərin iştirak etdiyi forumda medianın əsas problemlərinə də toxunulub.
Mətbuat Şurasının əvvəlki Peşə Davranışı Qaydalarına əsaslanan yeni sənəd məlumatların toplanması və açıqlanması, təqsirsizlik prezumpsiyası, eləcə də medianın müstəqilliyi və jurnalistlərin hüquqları ilə bağlı məsələlərə geniş yer verib. Yeni sənəd dörd prinsipə əsaslanır:
Həqiqətə xidmət, dəqiqlik və obyektivlik; informasiya qaynaqlarına sayğılı yanaşma; şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması.
“ Üzv ölkələrin xəbər almaq, xəbər hazırlamaq və yaymaq azadlığı ilə bağlı öhdəlikləri var. Ümid edirəm ki, yeni qaydaların qəbulu öhdəliklərin daha yaxşı yerinə yetirilməsinə və Azərbaycanda təhqir, böhtan və diffamasiyanın dekriminallaşdırılmasına təkan verəcək”, – ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel qeyd edib.
Mətbuat şurasının sədri Əflatun Amaşov hesab edir ki, jurnalistlərin Peşə Davranış Qaydalarının yeni variantı jurnalist mədəniyyətinin inkişafına təkan verəcək. O həmçinin “Diffamasiya haqqında” qanunun tezliklə qəbul ediləcəyinə əmindir: “ Mətbuat şurası 2010- cu ili diffamasiya əleyhinə il elan edib.
Digər beynəlxalq ekspert isə Mətbuat Şurasının sədrinə və hökumət rəsmilərinə davranış qaydalarının yeni variantının “ jurnalist cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə yol verməməlidir” bəndi ilə Azərbaycan prezidentinin jurnalistlər üçün ev tikintisinə 5 milyon manat ayırması ilə nə qədər uzlaşır” sualını ünvanlayıb.
Rəsmi hakimiyyət nümayəndələri, mətbuat şurası prezidentin sərancamını dəstəklədiyini nümayiş etdiriblər. Bir sıra beynəlxalq ekspertlər prezidentin ayırdığı vəsaitin qeyri-hökumət təşkilatları tərəfindən idarə edilməsinin mediaya təsir etməməsi üçün düzgün variant sayıb.    

Previous Post

Bu gün (24 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnistitutunda (RATİ) “Komandaolan gün isə

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.