AZƏRBAYCAN MEDİAYA QARŞI REPRESSİYA APARAN ÖLKƏ KİMİ QİYMƏTLƏNDİRİLİB

Milli Demokratiyaya Dəstək Fondunun Avropa və Avrasiya proqramı  çərçivəsində KİV-ə Beynəlxalq Dəstək Mərkəzinin konfransında Azərbaycan hökuməti tənqid olunub.

“Turan” informasiya agentliyinin məlumatına görə, tədbirdə iştirak edən Beynəlxalq Dəstək Mərkəzinin direktoru Marqarit Sullivan Cənubi Qafqazda jurnalistlərə qarşı məhdudiyyətlər və zorakılıqları mediaya qarşı repressiya kimi qiymətləndirib. O, Bakıda həbs olunmuş bloqçular – Emin Milli və Adnan Hacızadəni də bu repressiyanın qurbanları kimi qiymətləndirib. Direktor həmçinin bildirib ki, bir neçə ildir ki, ”Freedom House” təşkilatı tərəfindən  Cənubi Qafqaz ölkələrinin adı bu sahənin gerilədiyi  dövlətlər sırasına salınır.
Previous Post

EYNULLA FƏTULLAYEV “SİYASİ MƏHBUSLAR HƏFTƏSİ” KEÇİRMƏYİ TƏKLİF EDİB

Next Post

İNTİQAM ƏLİYEVİN İDDİASI ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.