BAKIDA VƏTƏNDAŞ CƏMİYYƏTİ NÜMAYƏNDƏLƏRİ VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu sentyabrın 6-da vətəndaşcəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri və gənclər üçün "Kommunikasiya Strategiyaları və Texniki Bacarıqlar" adlı təlim keçirib.

     Təlim əvvəlki təlimdən seçilmiş iki baş təlimçi tərəfindən təlim koordinatorunun köməyi  ilə həyata keçirilib. Baş  təlimçilər Samir Kazımlı,  Cavid Nəbiyev  təlim koordinatoru Rövşən Hacıbəyli və Şahvələd Çobanoğlu təlimin 1-ci sessiyası zamanı  sosial şəbəkələrin QHT-lərin  fəaliyyətində oynadığı rol, yeni media və xalq jurnalistikası bacarıqlarından QHT-lərin fəaliyyətində istifadə yolları, Yeni media qurğuları, mobil telefon və digər qurğuların imkanları barədə məlumat veriblər.
     2-ci sessiyada  sosial şəbəkələr, QHT üçün korporativ bloqun əhəmiyyəti, müxtəlif bloq şəbəkələrində bloqların yaradılması; QHT-lər üçün az büdcə ilə vebsaytların hazırlanması barədə müzakirələr aparılıb.
     Təlimin 3-cü sessiyasında isə təhlükəsizlik qaydaları, yeni medianın etik və hüquqi qaydaları barədə  məlumat verilib və praktik məşğələlər aparılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edək ki, təlim RATİ-nin Bakıda yerləşən  ofisində keçirilib. "Kommunikasiya Strategiyaları və Texniki Bacarıqlar" təlimi Avropa Komissiyasının maliyyə dəstəyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Demokratik Jurnalistika Məktəbi, Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən icra edilən "Yeni Medianın İnkişafı və Regionlara Yayılması" layihəsi çərçivəsində keçirilib.

Previous Post

JURNALİST VƏFA NAĞI MƏHKƏMƏ QƏRARINDAN NARAZIDIR

Next Post

JURNALIST VƏFA NAĞI MƏHKƏMƏ QƏRARINDAN NARAZIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.