BEYNƏLXALQ TƏŞKİLATLAR AVROPA MƏHKƏMƏSİ VƏ AVROPA ŞURASINA EYNULLA FƏTULLAYEVLƏ BAĞLIN MÜRACİƏT ED

oktyabr 29th, 2010
 Oktyabrın 27-də 13 beynəlxalq təşkilat Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası üzrə Departamentə və Avropa Şurasının insan hüquqları və hüquqi məsələlər üzrə Baş Direktorluğuna məktub göndərib. “Turan” İnformasiya Agentliyinə  daxil olan məktubda deyilir: “Biz Azərbaycan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əməl etməməsindən narahatlığımızı bildiririk və Nazirlər Komitəsinin bu vəziyyətə təcili diqqət yetirməsini xahiş edirik.

Məktubu Anyes Kallamar, Artikl 19-un icraçı direktoru; Coel Saymon, Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin icraçı direktoru; Paula Şifer, Freedom House departamentinin direktoru; Ane Tusvik Bonde, İnsan Hüquqları Evi Fondunun meneceri; Roxan Ayasikera, “Senzura indeksi”nin redaktor köməkçisi; Toni Borden, Sülh və Müharibə İnstitutunun icraçı direktoru; Aydan Uayt, Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi; Sara Uayt Beynəlxalq PEN-klubun icraçı direktoru; Milisa Peşiç, KİV Müxtəlifliyi İnstitutunun icraçı direktoru; Ququletu Moyo, Medianın Hüquqi Müdafiəsi təşkilatının icraçı direktoru; Byern Engeslənd, Norveç Helsinki Komitəsinin baş katibi; Jan Fransua Juyar, “Sərhədsiz reportyorlar” təşkilatının baş katibi; Virdjini Juan, Dünya Qəzet və Naşirlər Assosiasiyasının icraçı direktoru imzalayıb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi onun təqsirsiz olduğu və dərhal azad edilməsi barədə qərar çıxarıb.  Azərbaycan hakimiyyəti bu qərarı icra etməkdən imtina edir.
          Eyni zamanda jurnalist barəsində  Qaradağ rayon Məhkəməsinin 6 iyul tarixli narkotik saxlamaq ittihamı ilə 2 il 6 ay müddətinə  həbs hökmü çıxarıb və bu hökmdən apellyasiya şikayəti verilib.