
2007-ci ildən bəri hər il bununla bağlı mərhum jurnalistin adını daşıyan fondun təşəbbüsü ilə “Elmar Hüseynov” mükafatlarının verilməsi ilə bağlı yazı müsabiqəsi keçirilirdi. Bu il belə bir müsabiqənin olmayacağını RATİ-yə Elmar Hüseynov fondunun rəhbəri Şahbaz Xuduoğlu bildirdi. Onun sözlərinə görə hər il bu tədbir Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən ayrılmış qrant layihəsinin hesabına olurdu. Bu il isə bununla bağlı heç bir qrant ayrılmadığından, “Elmar Hüseynov” Fondu tərəfindən heç bir tədbir və müsabiqə keçirilməyəcək”.
Ş.Xuduoğlu əlavə etdi ki, hər il olduğu kimi, bu il də E.Hüseynovun məzarı həmkarları tərəfindən yad ediləcək.
Xatırladaq ki,”Monitor” jurnalının baş redaktoru E.Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları bu vaxta kimi hələ də tapılmayıb.
Xatırladaq ki,”Monitor” jurnalının baş redaktoru E.Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları bu vaxta kimi hələ də tapılmayıb.