ELMAR HÜSEYNOVUN EVİ QARŞISINDA ANIM MƏRASİMİ KEÇİRİLDİ

Bu gün (2 mart) axşam saat 20-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovunun qətlə yetirilməsinin 5 illiyi ilə əlaqədar yaşadığı evinin qarşısında anım mərasimi keçirilmişdir.

Mərasimdə mərhumun jurnalist həmkarları və hüquq müdafiəçiləri iştirak etmişdir. Mərasim iştirakçıları hadisənin baş verdiyi yerdə şamlar yandırmış, mərhumun ruhuna dualar oxumuşdur.

Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin mart ayının 2-də axşam saat 20 radələrində yaşadığı mənzilin qarşısında odlu silahla (7 güllə) qətlə yetirilmişdir. Ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

Foto:
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,441/lang,az/
Previous Post

ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLİB

Next Post

RATİ-NİN ELMAR HÜSEYNOVUN QƏTLƏ YETİRİLMƏSİNİN 5-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.