ELMAR HÜSEYNOVUN HƏYAT YOLDAŞI AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDİB

“Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun hazırda Norveçdə mühacirətdə olan həyat yoldaşı Rüşaniyyə Hüseynova jurnalistin qətlinin üstünün açılmamağına görə Avropa İnsan Haqları Məhkəməsinə  şikayət verib. Bu barədə “Turan” informasiya agentliyinə müsahibəsində Rüşaniyyə Hüseynova bildirib.

Ruşanə Hüseynova ona istintaqın gedişi haqqında da məlumat verilmədiyini deyib. O, Avropa Məhkəməsindən  Elmar Hüseynovun  qətlinin Avropa İnsan Haqları Konvensiyasının “yaşamaq, azad fikri ifadə etmək, effektiv məhkəmə müdafiəsi hüquqlarına malik olmaq”  prinsiplərinə zidd olduğunu təsdiq edilməsi barədə qərar verməyi xahiş edib.

Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin mart ayının 2-də axşam saat 20 radələrində yaşadığı mənzilin qarşısında odlu silahla (7 güllə) qətlə yetirilib. Ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də bu cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

 

Previous Post

BEYNƏLXALQ TƏŞKİLATLAR EYNULLA FƏTULLAYEVLƏ BAĞLI AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNƏ MÜRACİƏT ETDİLƏR

Next Post

ELMAR HÜSEYNOVU BİRGƏ ANAQ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.