“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən (24 noyabr) Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Saatlı rayon İcra Hakimiyyəti  başçısının müavini İlham Quliyevin “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmə prosesi keçirilib.


Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Habil Vəliyev məlumat verib. O bildirib ki, iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun hazırlanmadığını və iddiaya səbəb olan yazılarda İlham Quliyevin adının çəkilməməsini nəzərə alaraq, iddianın rədd edilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatətin növbəti prosesdə müzakirə ediləcəyini bildirərək prosesi 4 dekabr saat 11:30-a təyin edib.
Xatırladaq ki,  Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev “Gündəlik Bakı” qəzetində  10-17 noyabr tarixlərində yer alan “Saatlıda pul “razborka”sı və icra başçısının hərəkəti” başlıqlı yazıya görə, Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia ərizəsi ilə müraciət edib.

Previous Post

ELAN!

Next Post

“AYAN” QƏZETİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.