Həbsdə olan jurnalist aclıq aksiya başlayır

sx_400218768_dp

Jurnalist Fərəməz Allahverdiyev (Novruzoğlu) saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında sabahdan aclıq aksiyasına başlayacaq. Bu barədə bu gün(4 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Fariz Namazlı məlumat verib.

Vəkil F. Namazlı bildirib ki, Fərəməz Allahverdiyev onun Ali Məhkəmədə iştirakını təmin edilmədiyini və iş materialları tanış olmasına şərait yaradılmadığını əsas gətirərək  ağzını tikməklə aclığa başlayacağını bildirib.

Namazlı onu da bildirdi ki, “Fərəməz Allahverdiyev  Bakı Apellyasiya məhkəməsində 15 mart 2013-cü ildə davam edəcək məhkəmə prosesində iştirak etməkdən imtina etdiyini də bildirib”.

Xatırladaq ki,   məhkəmənin hökmü ilə  F.Novruzoğlu  Cinayət Məcəlləsinin 220.2-ci (Kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə – güya F.Novruzoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyası ərəfəsində facebook sosial şəbəkəsində Elçin İlqaroğlu təxəllüsü ilə xalqı kütləvi iğtişaşa dəvət edib, özünü isə aksiya zamanı yandıracağını bildirib) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə – guya F.Novruzoğlu 2010-cu ilin noyabrından  2011-ci ilin oktyabr ayına qədər qanunsuz olaraq Azərbaycan Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.  Habelə üzərinə Nərimanov rayon Məhkəməsinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə  1350 manat məbləğində çıxarılmış cərimə qərarının icrası, son məhkəmə prosesi ilə bağlı çəkilmiş 70 manatlıq ekspertiza xərclərinin ödənilməsi öhdəliyi də qoyulub. Məhkəmənin
hökmü ilə F.Novruzoglu cəzasını ciddi rejimli həbsxanada çəkməli olacaq.

 

Previous Post

Mərhum jurnalist məzarı başında yad edildi

Next Post

Jurnalist barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.