HƏBSDƏKİ JURNALİST PREZİDENTƏ YAZDIĞI AÇIQ MƏKTUBA GÖRƏ MÜKAFAT ALDI

 Bu gün (9 dekabr) Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Azadlığın və Sülhün Müdafiəsi” Beynəlxalq Hüquq Təşkilatı beynəlxalq insan haqları günü münasibətilə keçirdiyi  “İnsan hüquqlarına dair ən yaxşı jurnalist yazısı” müsabiqəsinin yekunlarını açıqlayıb.

Yekunlara görə, həbsdə olan jurnalist Eynulla Fətullayevin “Yaparteid rejiminin başçısı İlham Əliyevə məhkum Eynulla Fətullayevdən açıq məktub” yazısı birinci, jurnalist  Aynur Elgünəşin “Zorlanan yeniyetməni… məktəbə buraxmırlar” yazısı ikinci, Nüşabə Fətullayevanın “Xəstə uşağın məktəbdəki sağlam uşaqlarla dramı” yazısı üçüncü yerə layiq görülüb. Daha üç yazı, Elçin Həsənovun “Azərbaycanda müdafiə hüququ mənzərəsi”, Cəsur Məmmədovun “Hərbçilərin hüququ niyə pozulur?” və Nemət Hüseynlinin “Hökumətə xidmət edən ekspertiza…” yazıları yerli rəssamların  rəsm əsərləri ilə mükafatlandırıldı.

              “Müsabiqəyə 20 yazı təqdim edilib və  yazıların əksəriyyəti kitabça şəklində çap olunacaq. Yazılar münsiflər heyəti tərəfindən müxtəlif parametrlər  üzrə qiymətləndirib və  qaliblərin  topladığı yekun balla seçilib”, – deyə “Azadlığın və Sülhün Müdafiəsi” Beynəlxalq Təşkilatının rəhbəri Mətləb Mütəllimli bildirib.

Qeyd edək ki, layihə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

     Fotolar: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,683/lang,az/

 

Previous Post

POLİS-JURNALİST MÜNASİBƏTLƏRİNƏ DAİR LAYİHƏLƏR BAŞA ÇATIB

Next Post

QƏZETDƏ DƏRC OLUNAN FİKRİNƏ GÖRƏ VƏTƏNDAŞ CƏRİMƏ EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.