HƏKİMELDOSTU MEHDİYEVİN VƏ OĞLUNUN HƏBS EDİLƏCƏYİ TƏHLÜKƏSİ YARANIB

Bu gün (23.07.11) RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyev yenidən Şərur rayon Prokurorluğuna çağırılıb. Həmçinin iyulun 22-də, Milli Mətbuat Günü də o prokurorluğa çağırılıb və sahə müvəkkili RATİ-nin Naxçıvandakı digər müxbiri Mehman Mehdiyevin də ev ünvanına prokurorun çağırış vərəqəsi  gətirib. Jurnalist dünən saat eldosd16.30-da prokurorluğa gedib.

Prokuror qısa müddət onunla söhbət edərək, ona icazəsiz Muxtar Respublikanı tərk etməmək tapşırığı verib. Bu gün isə jurnalist prokurorluğa çağırılıb və ondan şəxsiyyət vəsiqəsi, pasportunu  təhvil verməyi, habelə  vəkil tutmağını tələb ediblər. Bu barədə  RATİ-yə məlumatı H. Mehdiyevin özü bildirib.

“Dünən yaşadığım kəndin inzibati ərazi üzrə nümayəndəsi telefonla mənə zəng edərək prokurorluğa çağırıldığımı bildirdi. Mən prokurorluğa getdim. Dünən 30-40 dəqiqəlik söhbət zamanı prokuror mənə onun icazəsi olmadan Naxçıvanı tərk etməməyi tapşırdı. Mehman Mehdiyevin mütləq prokurorluğa gələrək izahat verməsini tələb etdi. Bu gün də deyir ki,  vəkil tut. Məgər Naxçıvanda müstəqil vəkil varmı, mən də tutum?” – deyə H. Mehdiyev bildirdi.

       Xatırladaq ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektrik xəttini  kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Evinə və sexə gedən elektrik xətləri elektrik dirəkləri ilə birlikdə çıxarılaraq müsadirə olunub. Jurnalistin şəxsi mülkiyyətinə aid olan  yardımçı tikililərini, qarajını sökülməyə, yuyucu aparatın isə müsadirə etməyə cəhd ediblər. Məsələni araşdırmaq üçün jurnalistlər Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər. Polislər onlara çəkiliş aparmamaları üçün fiziki güc tətbiq ediblər. Jurnalistlər faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğuna şikayət veriblər. Habelə iyulun 19-da saat 19.30-da Həkimeldostu Mehdiyev Şərur rayon Prokurorluğuna çağırılıb. Saat yarım dindirilib və ondan izahat alınıb. Prokurorluqda  haqqında qanundan kənar elektrik enerjisi işlətmə ittihamı ilə açılmış  cinayət işinə görə sorğu-sual edilib və prokuror tərəfindən həbs oluna biləcəyi ilə  hədələnib. Həmin vaxtdan polis H.Mehdiyevin evini nəzarətə götürüb və onun oğlu, RATİ əməkdaşı Mehman Mehdiyevi axtarıblar.

Onuda qeyd edək ki, H.Mehdiyevin evinə basqın səhnəsini və jurnalistlərə təzyiq faktını kənardan məhz M.Mehdiyev çəkmişdi  və o zaman polislər onun dalınca qaçsalar da, RATİ əməkdaşının  apardığı çəkilişi ələ keçirə bilməmişdilər. Amma polislər M.Mehdiyevi mütləq şərləyərək həbs edəcəklərini H.Mehdiyevə deyiblər.

Previous Post

HƏFTƏNİN ƏSAS XƏBƏRLƏRİ 18 22 İYUL 2011

Next Post

JURNALİSTLƏRƏ TƏZYİQLƏR DAVAM EDİR

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.