HÜQUQLARI POZULAN BİLƏSUVAR SAKİNİ RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRDİ

Bu gün (24 sentyabr) RATİ-nin Mətbuat Mərkəzində  Biləsuvar rayon sakini Məmmədova Şəhla Yadulla qızı Biləsuvar rayon Polis Şöbəsi əməkdaşları tərəfindən üzləşdiyi təzyiq və təqiblərə dair mətbuat konfransı keçirildi.

Onun sözlərinə görə, Biləsuvar rayon bazarında dükanı olub və bu dükandan Sehran adlı şəxs cehiz adı ilə  3000 ABŞ dolları dəyərində mal götürüb, amma o, pulu ödəmək istəməyib. Pulunu məhkəmə yolu ilə almağa cəhd edən qadın isə zorakılıq və təzyiqlərlə üz-üzə qalıb: “Sehran işlədiyim bazarın sahibinin dostudur. Onlar polis rəisi ilə də dostdurlar. Dostlar birləşərək polis vasitəsi ilə mənə şər atmağa başladılar. Axırda məni qonşunun dükanı talamaqda və bazarda güya xuliqanlıqla məşğul olmaqda, habelə güya 4 nəfər polis əməkdaşını döyməkdə ittiham edərək haqqımda cinayət işi açdılar. Sonra da məhkəmədə də şahidsiz, sübutsuz haqqımda iki il altı ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzası çıxarıldı. Hazırda dükanım da sökülüb, dükanımdan 18 min ABŞ dolları həcmində mal da talanıb. Amma mən kimə şikayət etsəm də haqq səsimi eşidən yoxdur”.
     
Qeyd edək ki, bu sosial problemə aid olan mövzu üzrə bağlı konfransın RATİ-nin Mətbuat Mərkəzində keçirilməsinə səbəb Şəhla Məmmədovanın mətbuat konfransı keçirməyə yer tapa bilməməyi ilə
Previous Post

ELAN!

Next Post

RƏSMİ BAKI ATƏT-İN AZƏRBAYCAN MƏTBUATININ VƏZİYYƏTİNƏ DAİR HESABATI İLƏ RAZILAŞMIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.