İRAN TELERADİON ŞİRKƏTİNİN BAKIDAKI NÜMAYƏNDƏLİYİNİN MÜDİRİ AEROPORTDAN GERİ QAYTARILIB

Dekabrın 9-da İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazımi Azərbaycana buraxılmayıb.

Bu barədə  “Media forum” xəbər saytı İranın  “tabnak.ir”  saytına istinadən  məlumat yayıb.

Məlumatda bildirilir ki, İrandan Azərbaycana gələn Əhməd Kazıminin ölkəyə girişinə icazə verilməyib, o, Bakının beynəlxalq aeroportundan geri qaytarılıb.

Bu hadisəni “Əhməd Kazıminin təhqiramiz şəkildə Azərbaycan Respublikasından qovulması” kimi qiymətləndirən “Tabnak.ir” saytı yazır ki, İranın media nümayəndələri bu ölkənin Xarici İşlər Nazirliyindən və digər orqanlarından Azərbaycana etiraz notası verilməsini və Azərbaycanın İrandakı bütün media nümayəndələrinin ölkədən qovulmasını tələb ediblər.

“Media forum”un bildirdiyinə görə, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah”) keçmiş komandanı, hazırda İranın Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak.ir”in dekabrın 11-də yaydığı “İran teleradiosunun nümayəndəsi niyə Azərbaycandan qovuldu?” başlıqlı yazısında deyilir: “Azərbaycan Respublikası İrana zidd hərəkətlərinin ardınca bu dəfə İran Teleradiosunun Bakıdakı nümayəndəliyinin müdiri Əhməd Kazımini hər hansı izahat vermədən Bakıdan qovub.

Əhməd Kazıminin deportasiya olunmasını Tehranın dövlət radiosu da təsdiqləyib. Radionun xəbərində bildirilib ki, Azərbaycan tərəfindən problemin viza məsələsi ilə bağlı olduğu və tezliklə aradan qaldırılacağı haqda qeyri-rəsmi vəd verilib. Radionun xəbərində deyilir: “Müşahidəçilər bu kimi tədbirləri Əli Həsənovun Tehran səfərini əhəmiyyətsiz və təsirsiz göstərməyə cəhd edən, Azərbaycan Respublikasının rəsmi dairələrində Tehran-Bakı münasibətlərinə müxalif olan bəzi qüvvələrin təşəbbüsü ilə əsaslandırırlar.

 

Previous Post

DAHA BİR JUR JURNALİSTİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.