Jurnalistin qəzetə qarşı şikayəti təmin edilmədi

sx_324220488_dp

Martın 18-də Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə jurnalist Xədicə İsmayılovanın “İki Sahil” qəzetinə  qarşı iddiası təmin edilməyib . Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Fariz Namazlı məlumat verib.

“Məhkəmə işi ekspertizaya göndərib. Ekspert rəy verib ki, məqalədə işlədilən ifadələr yalan olduğu halda böhtan sayıla bilər. Ancaq məhkəmə hesab etdi ki, bu məqalə ilə jurnalistə böhtan atılmayıb və iddianı da təmin etmədi”,-deyə Namazlı qeyd etdi.

F. Namazlı onu da əlavə etdi ki, bu qərardan apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, Jurnalist Xədicə İsmayılova “İki Sahil” qəzetinin 15 mart 2012-ci il tarixli sayında “Xədicənin suçu nə” başlıqlı məqalədə ona böhtan atıldığını əsas gətirərək şərəf və ləyaqətinə, işgüzar nüfuzuna dəyən zərərə görə qəzetin təkzib verməsini, üzr istəməsini və jurnalistə mənəvi zərərə görə  iki min manat təzminat ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.

Previous Post

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Next Post

Hökumət hüquq müdafiəçilərinin fotosərgisinin keçirilməsinə imkan verməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.