Məsələ ilə bağlı xəstəxananın həkimi Teyyub Alışlı əməkdaşımıza bildirib ki, Ədalət Abbasov xəstəxanaya kəllə-beyin travması ilə daxil olub və hazırda müalicəsini davam etdirir. O vurğulayıb ki, xəstənin müalicəsi hələ bir heçə gün də davam edəcək.
Qeyd edək ki, Ədalət Abbasovun üzündə hələ də xəsarət izləri qalır. O, özünü yaxşı hiss etmədiyini və müalicəyə ehtiyacı olduğunu deyib.
Xatırladaq ki, sentyabrın 9-da “Binəqədi oyl kompani” əməkdaşları mülkiyyət sənədlərinin olmadığını əsas gətirərək RATİ-nin əməkdaşı İdrak Abbasovun valideynlərinin və qardaşlarının Sulutəpədəki evinin bir hissəsini söküblər. Bu zaman onlara etiraz edən jurnalistin atası, anası, qardaşı, gəlinləri və onların uşaqlarına qarşı fiziki zor tətbiq edilib Ciddi xəsarət alan Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Şəhər Klinik Mərkəzinə yerləşdirilib. Ata Telman Abbasov isə 4 saylı şəhər xəstəxanasında müalicə alır.