JURNALİSTLƏR ÜÇÜN MÜSABİQƏ ELAN OLUNUB

iyul 21st, 2010

Bu gün (21 iyul) Media Mərkəzində  22 iyul- Mətbuat günü münasibətilə tədbir keçirilib. Tədbirdə media mərkəzinin rəhbəri Gülnarə Axundova çıxış edərək, jurnalistləri bayram münasibətilə təbrik edib.

Konfransda çıxış edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, telejurnalist Qulu Məhərrəmli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi  Zeynal Məmmədli və digərləri çıxış edərək, jurnalistikanın problemlərindən danışıblar.

 

Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin də jurnalistləri təbrik etdi.

 

Media Mərkəzinin layihənin koordinatoru Seymur Kazımov məlumat verdi ki, jurnalistlər üçün yeni müsabiqə elan olunub. O bildirdi ki, Azərbaycan jurnalistləri arasında keçiriləcək müsabiqə bu ilin sentyabrında İsveçdə keçiriləcək parlament seçkilərindən sonrakı vəziyyəti öyrənmək məqsədi güdür. Müsabiqəyə təqdim edilən yazılar “seçki kampaniyası dönəmində KİV-də  hansı qara piar üsulları ilə rastlaşmaq olar?”, seçki kampaniyası dönəmində yeni medianın açdığı imkanlardan necə yararlanmaq olar? və “jurnalistlər seçki dönəmində işlədilən siyasi texnologiyalardan necə duyuq düşməlidir?” mövzularını əhatə etməlidir.

 

Daha sonra çıxış edən bütün natiqlər də tədbir iştirakçılarını mətbuat günü ilə bağlı təbrik ediblər.