JURNALİSTLƏR VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ NAXÇIVANDA TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Bu gün (16 dekabr) bir qrup hüquq müdafiəçisi – RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Elman Abbasov və Həkimeldostu Mehdiyev, Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova, eyni zamanda RATİ-nin  nümayəndəsi Rəsul Cəfərov Şərur rayonunu Püsyan kəndində təzyiqə məruz qalıblar.

Belə ki, Püsyan kəndində bir həftə əvvəl repressiyalara məruz qalmış ailəyə baş çəkən hüquq müdafiəçilərinin kənddən çıxmasına maneələr törədilib. Kəndin girişi və çıxışında yollar bir qrup mülki geyimli şəxslər tərəfindən kəsilib, hüquq müdafiəçilərinin olduğu avtomobilin gəldiyini görən şəxslər yol boyu 3 maşını saxlayaraq avtomobilin dayandırılmasına cəhd göstəriblər. Bununla yanaşı bir neçə nəfər maşının qarşısına atılaraq onun saxlanmasına cəhd edib. Nəticədə yalnız sürücünün sayıqlığı nəticəsində avtomobili dayandırmaq mümkün olmayıb. Amma hüquq müdafiəçiləri və jurnalistlərə qarşı hücum zamanı əyləşdikləri avtomobilin ön sağ hissəsi naməlum şəxslərdən birinin  yumruq zərbəsi nəticəsində əzilib.

 

 

Previous Post

SABİQ DEPUTATLIĞA NAMİZƏDİN QOHUMLARININ POZULMUŞ HÜQUQLARI HƏLƏ DƏ BƏRPA EDİLMƏYİB

Next Post

MÜTƏLLİBOVA FƏRİDƏ NİN ÖLKƏ RƏHBƏRİNƏ MÜRACİƏTİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.