JURNALİSTLƏRİN HƏMRƏYLİYİ GÜNÜ MƏRHUM JURNALİSTLƏRİN MƏZARI BAŞINDA QEYD EDİLDİ

Bu gün 8 sentyabr – Jurnalistlərin Beynəlxalq Həmrəylik günü münasibətilə Redaktorlar Birliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi, redaktorlar və hüquq müdafiəçiləri  2-ci Fəxri Xiyabanda uyuyan, 2005-ci il mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, habelə “Azadlıq”  qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovun məzarını ziyarət ediblər. 

Mərasimdə çıxış edən “Turan” informasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycan mətbuatında həmrəyliklə bağlı problemlərin mövcudluğu barədə danışdı. Habelə o, bu günə qədər də Elmar Hüseynovun qatillərinin və bu qətli sifariş edənlərin azadlıqda qalmasını pislədi.

Jurnalist Şahvələd Çobanoğlu, hüquq müdafiəçisi Arzu Abdullayeva və digərləri  da analoji mövzuda çıxış edərək E.Hüseynovun qatillərinin hələ də azadlıqda qalmalarına görə, hökuməti tənqid etdilər.

Qeyd edək,  Jurnalistlərin Həmrəylik Günü Beynəlxalq Jurnalistlər Təşkilatının 1958-ci ilin mayında Buxarestdə keçirilmiş IV konqresinin qərarı ilə qeyd olunur. Bu tarix 8 sentyabr 1943-cü ildə hitlerçilər tərəfindən edam olunmuş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub. XX əsrin sonlarında BMT bu tarixi Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü qeyd edib.

Previous Post

REDAKTORLAR BİRLİYİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Next Post

“XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏBS EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.