KİV DF-NİN İCRAÇI DİREKTORUNUN QƏZETƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (11 oktyabr) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı mülki iddiası üzrə məhkəmə prosesi keçirildi.

Məhkəmə prosesində iddiaçının nümayəndələri – Aydın Kərimov,  cavabdeh tərəfdən isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının  nümayəndəsi Elçin Sadıqov iştirak edirdilər.
Cavabdehin nümayəndəsi E. Sadıqov iddia ərizəsinə olan etirazı yazılı formada hakimə təqdim etdi və iddianın tam rədd olunması haqqında qətnamə qəbul edilməsini istədi.
Hakim A. İsmayılov növbəti prosesi 12 oktyabr saat 10:40-a təyin etdi. Xatırladaq ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul tarixli sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması hesab edərək, təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia qaldırıb.
Previous Post

“GÜZGÜ“ QƏZETİNİN ƏMƏKDAŞININ HƏBSİ GÖZLƏNİLİR

Next Post

“AZADLIQ” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.