MƏNZİLİ ƏLİNDƏN ALINMIŞ POLKOVNİK-LEYTİNANT RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRDİ

Bu gün (26 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnsititutunun (RATİ) Mətbuat Mərkəzində ehtiyatda olan hərbiçi, polkovnik-leytenant Arif Rəhimov mətbuat konfransı keçirib.

O, bildirib ki, hərbi xidmət dövründə dövlət tərəfindən ona verilmiş və sonradan özəlləşdirdiyi xüsusi mənzil Beyləqan Hərbi Korpusunun komandiri general-leytenant Mahmud Həmzəyev tərəfindən zorla əlindən alınıb.
Şikayətçinin sözlərinə görə, M.Həmzəyev onu öz mənzilinə buraxmır: ”Sentyabrın 15-də qardaşım İbrahim və qızım Aygünlə mənzilimə getdikdə general-leytenant Həmzəyevin əsgərləri bizə hücum edərək qızımı boğmağa çalışırdılar. Bundan başqa, qardaşım İbrahimin qoluna əsgərlər ağır xəsarət yetiriblər”.
Ehtiyatda olan polkovnik-leytenant bildirdi ki, Lənkəran rayon Polis Şöbəsi və Lənkəran Hərbi Polisinin əməkdaşları tərəfindən də fiziki təzyiqlərə məruz qalıblar. Baş vermiş hadisələrlə bağlı hüquq mühafizə orqanlarına, həmçinin aidiyyatı qurumlara müraciət etdiyini deyən A.Rəhimov şikayətinə baxılmadığını da jurnalistlərin diqqətinə çatdırdı.
Qeyd edək ki, A.Rəhimov əvvəllər Rusiya ordusunda xidmət edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra vətənə qayıdaraq Qarabağda gedən döyüşlərdə iştirak edib.
Qeyd edək ki, bu sosial problemə aid olan mövzu üzrə bağlı konfransın RATİ-nin Mətbuat Mərkəzində keçirilməsinə səbəb A.Rəhimovun mətbuat konfransını keçirməyə yer tapa bilməməsi ilə  (http://www.irfs.az/content/view/1230/28/lang,az)   bağlıdır.  

Foto:  http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,138/id,1438/

Previous Post

ELAN!

Next Post

SMM SEÇKİQABAĞI DÖVRU ƏHATƏ EDƏN HESABAT AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.