“MİLLƏTİM” QƏZETİNİN ƏMƏKDAŞI ACLIQ AKSİYASINA BAŞLAYIB

“Millətim” qəzetinin idman yazarı, həmçinin qəzetin baş məsləhətçi Ramiz Tağıyevin MTN-in təcridxanasında saxlanılan bacısı oğlu Akif Səfərov aclıq aksiyasına başlayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ramiz Tağıyev məlumat verib. O bildirib ki, Akif Səfərov aclıq aksiyasını qanunsuz həbs olunmasına etiraz olaraq keçirir.

Xatırladaq ki, Akif Səfərov Nəqliyyat naziri Ziya Məmmədovun ofisinin dinlənilməsi ilə əlaqədar bir müddət əvvəl Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi “Aqroyol” Səhmdar Cəmiyyətinin sədri Eldar Əliyevlə qanunsuz torpaq alqı-satqısı məsələsinə görə noyabrın 18 də saxlanılıb. Noyabrın 21-də isə onun barəsində Nəsimi rayon məhkəməsində 3 aylıq həbs qətimkan tədbiri seçilib”.
Previous Post

“MİLLİ HƏRƏKAT” QƏZETİNİN BAŞ REDAKTORU YOXA ÇIXIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.