MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI MƏHKƏMƏ PROSESİNDƏN YAYINIR

Bu gün (19 iyul) Səbayel Rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddia üzrə keçirilməli olan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Ötən dəfə olduğu kimi MTRŞ-nın nümayəndəsi yenə də məhkəmə prosesinə qatılmayıb.   

Hakim prosesi 30 iyul saat 11.30-a təxirə salıb.  

 

Xatırladaq ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin təsisçisi Rəsul Cəfərov və “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadə Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə MTRŞ-ya müraciət ediblər. MTRŞ kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina etmişdir. İddiaçılar MTRŞ-nın hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər.

 

Previous Post

SÖZ AZADLIĞI ARAŞDIRMA ŞƏBƏKƏSİ JURNALİSTİN YAZISINA GÖRƏ İŞDƏN KƏNARLAŞDIRILDIĞINI İDDİA EDİRSöz Az

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU “MİLLƏTİM” QƏZETİNİN BAŞ MƏSLƏHƏTÇİSİNİ XÜSUSİ İTTİHAM QAYDAS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.