“NOTA” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Bu gün (19 mart) Xətai  rayon məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə “Azadlıq Hərəkatçılar Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Məhkəmə prosesini açıq elan edən hakim T.Əliyev ilk olaraq iddiaya səbəb olan məqalələrin müəlliflərinin məhkəmədə iştirak etməsi barədə cavabdeh tərəfə məktub göndərildiyini bildirdi.

Cavabdeh tərəf “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli isə məktub ünvanlandığı vaxt redaksiyada olmadığını və ona görə də bu haqda məlumatının olmadığını bildirdi.

Çıxış edən iddiaçı tərəf T.Novruzov “Nota” qəzetinin onunla heç bir əlaqə saxlamadan onun adından istifadə edərək Bəhlul Muradova və Sevil Nuriyeva ilə bağlı fikirlərin dərc etdirdiyini vurğuladı. O, bütün bunları nəzərə alaraq  “Nota” qəzetinin ona qarşı məqsədyönlü, qərəzli mövqe nümayiş etdirdiyini bildirdi. Cavabdeh tərəf S.Əlibəyli isə məqalələrdə Təhmasib Novruzov adının əsas hədəf olmadığını qeyd etdi. Hakim T.Əliyev məqalə müəlliflərinin gələn prosesdə iştirak etməsinin vacib olduğunu qeyd edərək məhkəmə prosesini 31 mart saat 09:30-a təyin etdi.  

 Xatırladaq ki, iddiaya səbəb “Nota” qəzetinin  01-07 fevral 2009-cu il 04 (018) sayında “Təhmasib Novruzov kimlərin sifarişini yerinə yetirir”, 08-14 fevral 05 (019) sayında “ATM əməkdaşlarımızı ölümlə hədələyir!”, “MTN-in APA-dakı adamı kimdir?”, 22-28 fevral 2009-cu il 07 (021) sayında “Bəhlul Muradova daha bir cinayət işi qaldırdı”, 01-07 mart 08 (022) sayında “Anan ölsün ay Ramazan-2”, 08-14 mart 2009-cu il 09 (023) sayında “Sevil Nuriyevanın adının qəzetimizdə hallanmasını istəyən qüvvələr kimdir?” adlı məqalələrdir.  Onu da qeyd edək ki, iddiada vurulmuş mənəvi zərərə görə “Nota” qəzeti redaksiyasından 120.000 ( yüz iyirmi min ) AZN məbləğində təzminat tutulması, qəzetdə təkzib verilməsi və üzr istənilməsi barədə qətnamə çıxarılması xahiş olunur.

 

Previous Post

ELAN!

Next Post

SEÇKİ MƏNTƏQƏLƏRİNDƏN GÖRÜNTÜLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.