POLİS JURNALİSTLƏRƏ TƏZYİQ EDİB

Müsavat partiyası və Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyaların iyunun 12-də keçirməyə cəhd göstərdikləri aksiyada polis bəzi jurnalistlərə təzyiq göstərib.

Belə ki, polislər aksiya keçirilməsinin qarşısını alarkən jurnalistləri ərazidən uzaqlaşdırmağa, çəkiliş aparmalarına mane olmağa cəhd göstərərək, onların qanuni peşə fəaliyyətini yerinə yetirməsinə imkan verməmişdir. Bəzi hallarda isə polislər jurnalistləri itələməklə fiziki təzyiq də göstərmişdir.

Qeyd edək ki, Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalar iyunun 12-də Hüseyn Cavid bağında “seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində islahatlar aparılması” tələbi ilə  mitinq keçirməyə cəhd edib.

Previous Post

“REGİONAL İNSAN HÜQUQLARI VƏ MAARİFLƏNDİRMƏ MƏRKƏZİ” İCTİMAİ BİRLİYİ ƏDLİYYƏ NAZİRLİYİ TƏRƏFİNDƏN Q

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.