“PROQNOZ” QƏZETİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bu gün (24 sentyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədirliyi ilə “Proqnoz” qəzetinin  baş redaktoru Süleyman  Osmanoğlunun Yasamal rayon Məhkəməsininin çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilməli idi.

Xatırladaq ki, Rüstəmov Saday İsaq oğlunun “Proqnoz” qəzetinə və qəzetin  baş redaktoru Süleyman  Osmanoğluna qarşı şərəf və ləyaqətin müdafiəsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə qaldırmış olduğu iddia əsasında Yasamal rayon Məhkəməsi baş redaktorun 400 AZN məbləğində cərimələnməsi və qəzetin təkzib verməsi haqqında qərar çıxarıb.
 Proses zamanı S.Rüstəmov özünün də apellyasiya şikayəti vermək fikrində olduğunu deyib və bu səbəbdən prosesin təxirə salınmasını tələb edib. Hakim S.Rustəmovün bu vəsatətini təmin edərək prosesi qeyri-müəyyən vaxta təxirə salıb.
Onu da qeyd edək ki, “Proqnoz” qəzeti maliyyə problemlərinə görə təxminən bir ildir ki, fəaliyyətini dayandırıb.

Previous Post

RƏSMİ BAKI ATƏT-İN AZƏRBAYCAN MƏTBUATININ VƏZİYYƏTİNƏ DAİR HESABATI İLƏ RAZILAŞMIR

Next Post

“ZERKALO” QƏZETİNİN MƏHKƏMƏSİ YENƏ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.