
Bunu “Media forum” xəbər saytına jurnalistin həyat yoldaşı Ayəndə Mürsəliyeva deyib.
Mürsəliyeva bu gün (15 sentyabr)17 saylı cəzaçəkmə müəssisəsində Zahidlə görüşüb. Onun bildirdiyinə görə, baş redaktor revmatizm ağrılarından əziyyət çəkir: “Onun nə saxlanma şəraitindən, nə də rəhbərlikdən şikayəti var. Sadəcə, ağrıları çox güclüdür. Hətta ona apardığım iynə-dərmanın da köməyi yoxdur. Qan analizi götürüləndən sonra kardioloq da onu müayinə edib, ürəyinin kardioqramını çıxarıblar. Lakin qan analizinin cavabı bəlli deyil. Qənimət hesab edir ki, Müalicə Müəssisəsinə köçürülməsiylə bağlı hər hansı problem olmamalıdır”.
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini Murad Süleymanov isə bildirib ki, Zahidin stasionar müalicəsi üçün heç bir əsas yoxdur: “Hazırda o, ambulator şəraitdə müalicə olunur. Ondan götürülən qan analizində də patoloji nəticə qeydə alınmayıb. Onu yüksək səviyyəli kardioloq da yoxlayıb və belə qərara alınıb ki, ciddi patologiya aşkarlanmadığı üçün ambulator şəraitdə müalicəsini davam etdirə bilər”, – deyə qeyd edən Süleymanov lazım olarsa, yenidən Zahidin həkim müayinəsindən keçirilməsini təmin edəcəyini bildirib.