Tədbirdə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin həmtəsisçisi İdrak Abbasov, bu təşkilatın sədri Cəsur Məmmədov (Sümərinli), “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, RATİ sədri Emin Hüseynov, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, Hərbçi Jurnalistlər Birliyinin sədri Üzeyir Cəfərov çıxış edərək fikirlərini bildiriblər. C.Məmmədov qeyd edib ki, yaxın perspektivdə QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində hər hansı dəyişikliklər gözə dəyməsə, onda onlara cəmiyyətdə inam tamamilə itəcək. Bu isə, onların ləğv olunaraq tarixə düşməsinə əsas verəcək.
“Bizim irəli sürdüyümüz təkliflər yerinə yetirilməyincə, QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdikləri müsabiqələrə qatılmayacağıq. Hər iki qurumun fəaliyyətində mövcud olan qanunsuzluq halları aradan qaldırılmayınca bu istiqamətdə mütəmadi tədbirlər həyata keçiriləcək. Bu tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində mövcud olan qanunsuzluqlarla mübarizə üzrə İşçi Qrupu yaradılır. Qrup ona qoşulmaq istəyən bütün QHT-lərə açıqdır”, – deyə o vurğuladı.