RATİ 2008-Cİ İL PREZİDENT SEÇKİLƏRİ ÜZRƏ MEDİA MONİTORİNQİ LAYİHƏSİNƏ BAŞLAYIR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 15 oktyabr 2008-ci il prezident seçkiləri dövründə medianın sistematik monitorinqini həyata keçirmək məqsədilə sabahdan (15 avqust) Prezident Seçkiləri üzrə Media Monitorinqi Layihəsinə start verəcək.

RATİ namizədlərin və onların platformalarının obyektiv və balanslı işıqlandırılması istiqamətində KİV-lərin fəaliyyətinin qiymətləndirilməsi məqsədini güdür ki, bu da Azərbaycan vətəndaşlarının seçki məntəqəsində düzgün seçim etmələrini təmin etməyə yönəlib.  Monitorinqin nəticələri seçkilər dövründə medianın monitorinqi üzrə ixtisaslaşmış Slovakiyanın MEMO 98 təşkilatının hazırladığı və dəfələrlə tətbiq olunan metodologiyası vasitəsilə müəyyənləşdiriləcək. Layihə hər hansı bir namizəd və ya siyasi partiyanı dəstəklənməsinə yönəlməyib, layihə vasitəsilə bütün kampaniya dövründə medianın ədalətli olub-olmaması təyin ediləcək.
 
Medianın monitorinqi keyfiyyət və kəmiyyət metodlarından istifadə edilməklə həyata keçiriləcək. Kəmiyyət analizi ilə 7 telekanalda və 4 qəzetdə seçki ilə əlaqəsi olan materiallara ayrılan vaxtın və yerin ümumi həcmi ölçüləcək. Keyfiyyət analizi namizədlər barədə məlumatın pozitiv, neqativ və ya neytral olmasını qiymətləndirməyə imkan verəcək.

 İki aylıq müddət ərzində RATİ müntəzəm mətbuat konfransları təşkil edəcək və monitorinqin nəticələrini ictimaiyyətə, mətbuata, siyasi partiyalara, hökumət nümayəndələrinə, beynəlxalq təşkilatlara, səfirliklərə, qeyri-hökumət təşkilatlarına və digərlərinə açıqlayacaq.

Previous Post

QƏNİMƏT ZAHİDOVUN (ZAHİD) ƏLYAZMALARININ LƏĞV EDİLDİYİ BİLDİRİLİR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.