RATİ GƏNCLƏRİN MEDİA MƏRKƏZİ LAYİHƏSİ ÜZRƏ QALİBLƏRİ MÜKAFATLANDIRIB

January 25th, 2013

 

Yanvarın 25-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində RATİ İREX təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi gənclərin multimedia bacarıqlarının artırılması layihəsinin yekunu və eyni zamanda layihə çərçivəsində keçirilən

müsabiqələrin qaliblərinin mükafatlandırılması ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə çıxış edən RATİ sədri Emin Hüseynov bildirib ki, layihənin əsas məqsədi gənclərin multimedia bacarıqlarının artırılması idi. “Layihə çərçivəsində gənclərin multimedia bacarıqlarının artırılmasına, onların şəbəkələşməsinə şərait yaradan Gənclərin Media Mərkəzi yaradılıb və bu mərkəzə qoşulan gənclər daha sonra digər media vasitələrində işə düzəliblər. Hesab edirəm ki, yeni media, xüsusilə də qadınların yeni media sahəsində rolunun artırılması ilə bağlı layihələr davam etdirilməlidir”,-deyə Hüseynov əlavə edib. Tədbirdə iştirak edən İREX təşkilatının nümayəndəsi Natella Abdullayeva belə layihələrin həyata keçirilməsinin vacib olduğunu və İREX-in bu cür layihələri dəstəkləməyə davam edəcəyini bildirib. Beynəlxalq Mediaya Dəstək Təşkilatının nümayəndəsi Gülnarə Axundova isə layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirib və qalibləri təbrik edib.