REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Media Hüququ İnstitutu (MHİ) Bakının mərkəzində yerləşən binaların sakinlərinin binalardan çanaq antenalarının sökülməsinə məcbur edilməsi hallarını pisləyir.

Bakının mərkəzi küçələrindəki binalardan çanaq antenalarının yığışdırılmasına başlanılıb. Mənzil İstismarı Sahəsinin (MİS) işçiləri Səbail və Nəsimi rayonları ərazisində vətəndaşların yaşadıqları binaların fasadına yerləşdirdikləri çanaq antenaları xəbərdarlıq edilmədən sökürlər. Bir çox hallarda bu antenalar hara gəldi atılır və sahiblərinə verilmir. Dövlət qurumlarının nümayəndələri açıqlamalarda bildirirlər ki, bu antenalar şəhərin dizaynını pozduğu üçün binanın fasadında yox damında olmalıdır.

     RATİ  və MHİ bildirir ki, bu proses qanuna ziddir. Çanaq antenalarının yığışdırılması insanların qanuni yolla informasiya əldə etmək hüququ ilə yanaşı mülkiyyət hüququnu da pozur.

     RATİ  və MHİ vurğulayır ki, vətəndaşların informasiya əldə etmə vasitəsi olan bu antenaların binanın fasadına vurulmasını qadağan edən qanun yoxdur. Əgər hətta şəhərin dizaynı baxımından antenaların fasadda yox, binanın damında olması bəraətləndirilsə belə, bu yerdəyişmə üçün vətəndaşlara kompensasiya ödənilməli, həmçinin bu barədə vətəndaşlara xəbərdarlıq edilməlidir.

     RATİ  və MHİ bəyan edir ki, vətəndaşlar çanaq antenaları vasitəsilə beynəlxalq informasiya məkanına çıxış əldə etdikləri halda bu antenaların yığışdırılması onları informasiya almaqdan məhrum etmək deməkdir.

     Bu da İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş (dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı) hüquqların, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulmuş məlumat azadlığının (hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır) hüquqların pozulması deməkdir.

     RATİ  və MHİ hökuməti bu sadalanan hüquqları pozmamağa, çanaq antenalarının sökülməsinə son qoymağa, antenaları sökülən vətəndaşlara kompensasiya ödəməyə və onlara peyk yayımlarına adekvat çatım imkanları təmin etməyə çağırır.

Previous Post

İNTİQAM ƏLİYEVİN İDDİASI ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Next Post

“YENİ AZƏRBAYCAN” QƏZETİNİN BAŞ REDAKTORU SİLAHLA HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.