“SÖZ VƏ İFADƏ AZADLIĞINA İCTIMAİ DƏSTƏK” FORUMU İŞINƏ BAŞLADI

sentyabr 7th, 2010
Sentyabrın 7-də Bakıda Azərbaycanın bir sıra jurnalist təşkilatları və KİV-ləri tərəfindən təşkil edilmiş "söz və ifadə azadlığına dəstək forumu" öz işinə başlayıb.

Təşkilatçıların mətbuat konfransında "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, forum söz və ifadə azadlığı sahəsində problemlərin həllinə yardım üçün ictimaiyyətin birləşməsi məqsədi ilə keçirilir.
"Təkcə hakimiyətə və beynəlxalq təşkilatlara şikayət etmək və onların problemləri həll etməsini gözləmək düzgün deyil. İctimaiyyət fəal olarsa, problemlərin həllini tezləşdirmək olar. Forum məhz ictimaiyyəti hərəkətə gətirmək məqsədi ilə düşünülüb", – deyə Əliyev bildirib.
Onun sözlərinə görə, forum çərçivəsində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulur. Belə ki, sentyabrın 8- də saat 12:00- da "Landmark" biznes mərkəzinin "rotunda" zalında söz və ifadə azadlığı mövzusunda foto və karikatura sərgisi açıqlanacaq. Elə həmin gün saat 18:00- da "İbrus" teatrında "Frontline" diskusiya klubunun açılışı olacaq.

Sentyabrın 9- da isə saat 9:00-da "Landmark" biznes mərkəzinin "Rotunda" zalında 10 beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatının – 2 Sərhədsiz reportyorlar", "Artikl 19", "Freedom House", beynəlxalq jurnalistlər Federasiyası, ümumdünya qəzetçilər assosiyasiyası, Sülh və Müharibə İnstitutu və s. təşkilatların nümayəndələrindən ibarət beynəlxalq missiyanın iştirakı ilə konfrans keçiriləcək.