
Onun atası, anası və qardaşına ağır xəsarət yetirilib. Abbasovun anası ilə qardaşı 1 saylı klinik xəstəxanaya, atası isə 4 saylı şəhər xəstəxanasına aparılıb. İdrak Abbasov hadisənin Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən edildiyini bildirdi. Jurnalist hadisə ilə bağlı bu gün saat 15.00-da RATİ-də mətbuat konfransı keçirəcək. Hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər tədbirə dəvət olunur.