Bu gün (07 aprel) Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Suraxanı rayon məhkəməsinin vətəndaş Səyyarə Heydərova barəsində çıxardığı və Bakı Apellyasiya məhkəməsinin qüvvədə saxladığı qərardan verilmiş kasassiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim verdiyi sualların cavablandırmadığını və məhkəmə qaydalarına riayət etmədiyini əsas gətirərək S. Heydərovanın prosesdən kənarlaşdırılması ilə bağlı qərar qəbul etdi.
Qərarın qərəzli olduğuna etiraz edən şikayətçi məhkəmə zalında sol qolunun damarlarını kəsməklə etirazını bildirib.
S. Heydərovanın vəkili Bəhruz Quliyev çıxışında 1-ci instansiya və Apellyasiya Məhkəməsinin qərarlarının ədalətsiz olduğunu və ekspert rəylərində saxtakarlığa yol verildiyini bildirdi. O həmçinin şikayətin Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılması ilə Azərbaycanın nüfuzuna xələl gələcəyini bildirərək buna görə də Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini xahiş etdi.
Dövlət ittihamçısı Səlim Süleymanov isə qərarın dəyişdirilməsi və ləğv edilməsinə heç bir əsas olmadığını qeyd edərək şikayətin təmin edilməməyini xahiş etdi.

Tərəfləri dinlədikdən sonra hakim şikayətin təmin edilməməyi ilə bağlı qərar qəbul etdi.
Xatırladaq ki, Suraxanı rayon Məhkəməsi vətəndaş Səyyarə Heydərovanı 4 nəfər kişini döyməkdə təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1, 221.2, 221.3 maddələrinə əsasən ona bir il sınaq müddəti ilə 2 il 7 ay 15 gün şərti cəza verilməsi barədə hökm çıxarıb. Apellyasiya Məhkəməsi 10 noyabrda Suraxanı rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.