VİDADİ İSGƏNDƏROVA QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (03 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Göyçay rayon Polis Şöbəsinin sabiq rəisi Vüqar Məmmədyarov, Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimov və Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmə prosesi keçirildi

. Bu günkü prosesdə  tərəflərin son çıxışları dinlənilməli olduğu halda, hakim cavabdeh Vidadi İsgəndərovun xahişini nəzərə olaraq, onun gətirdiyi şahidlərin dindirilməsinə icazə verdi.
Qüdrət Zülfüqarov bildirdi ki, Göyçay polislərinin ondan rüşvət almasını təsdiq edib və əlavə edib ki, bu barədə keçirilən tədbirdə də məlumat verib.
Digər şahid Namiq Əliyev də onun dediklərini təsdiqlədi və vurğuladı ki, Vüqar Həşimov  Q. Zülfüqarovu saxlayan zaman biz Rüfət İbayevə 3000 manat pul vermişik.
Xüsusi ittihamçıların vəkili Əlirza Əbilov bildirdi ki, istintaq təzələndiyi və  yeni şahidlər dindirildiyi üçün o  çıxış üçün yenidən hazırlaşmalıdır və  bunun üçün vaxt verməsini hakimdən xahiş etdi.
Təqsirləndirilən şəxs Vidadi İsgəndərov bunu süni vaxt uzadılması olduğunu deyərək etiraz etsə də, hakim vəkilin xahişini nəzərə alaraq prosesi 16 sentyabr saat 15:30-a təyin etdi.
Qeyd edək ki, Vüqar Məmmədyarov iyun ayının əvvəlində Göyçay rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət Yol Polisinin Şirvan şəhər qeydiyyat imtahan şöbəsinin rəisi təyin olunub.
Xatırladaq ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun ona  böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.

Previous Post

VİDADİ İSGƏNDƏROVA QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

TURAN İNFORMASİYA AGENTLİYİNİN SİYASİ ŞÖBƏSİNİN REDAKTORU ŞAHİN HACİYEV İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.