XƏDİCƏ İSMAYILOVANIN “YENİ AZƏRBAYCAN” QƏZETİNƏ QARŞI İDDİASINA BAXILIR

     Bu gün Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın “Yeni Azərbaycan” qəzeti və qəzetin baş redaktoru Hikmət Babaoğluna qarşı iddiasına baxılıb.

Xədicə İsmayılovanın vəkili Fariz Namazlının sözlərinə görə qəzetin 13 mart və 20 mart tarixli buraxılışlarında xanım jurnalistin şərəf və ləyaqətini ləkləyən yazılar dərc edilib. Vəkil həmin yazılara görə təkzib verilməsi və üzr istənilməsini, həmçinin 2000 AZN təzminat ödənilməsini tələb etdiklərini bildirib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktorunun müavini Aqşin Hümbətov isə məqalədəki fikirlərlə bağlı konkret mənbələr göstərildiyini, o cümlədən baş redaktor Hikmət Babaoğlunun Xədicə İsmayılovanın şəxsi həyatını əks etdirən video görüntülərin sosial şəbəkələrdə yayılmasını pisləyən bəyanat verdiyini deyib.
Proses 9  avqust saat 15:00-da davam edəcək.
 
Previous Post

İNTERNETDƏ MƏHDUDLAŞDIRMALAR HAKİMİYYƏT VƏ PROVAYDERLƏR ARASINDA RAZILAŞMANIN NƏTİCƏSİDİR

Next Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏDƏ İŞTİRAK TƏMİN EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.