Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistləri təhqir edib

pervin

İyunun 11-də Bakıda Fələstin dövlətinə dəstək məqsədilə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin donor konfransı zamanı jurnalistlər təzyiqə məruz qalıblar. Bu barədə bu gün (12 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) avropa.info saytının əməkdaşı Mürtəza Bünyadov məlumat verib.

Jurnalistin sözlərinə görə, tədbirdə fasilə zamanı jurnalistlər rəsmilərdən açıqlama almaq istəsələr də Xarici İşlər Nazirliyinin (XİN) Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadə media təmsilçilərini təhqir edib.

“Pərvin Mirzəzadə mühafizə xidmətindən mətbuat təmsilçilərini bayıra çıxarmasını tələb edib. Mirzəzadə  “Jurnalistləri burdan rədd edin” –deyə kobudluqla deyəndən sonra mühafizə xidməti media nümayəndələrini içəridən çıxararaq, binanın birinci mərtəbəsinə düşürüb. Yaranmış vəziyyətlə bağlı Elmar Məmmədyarova şikayət olunub. Media nümayəndələri tələb etdik ki, P. Mirzəzadə üzr istəsin, lakin o bundan imtina edib. Biz yalnız tədbirdən sonra binanın çıxışında rəsmilərdən məhdud dəqiqələrdə də olsa müsahibə ala bildik” –deyə M. Bünyadov bildirib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev RATİ-yə açıqlamasında protokol idarəsinin rəisinin həmin an mövcud olan qrafik sıxlığında çalışması səbəbindən belə bir anlaşılmazlıq yaşandığını və XİN-in yaranmış vəziyyətdən təəssüfləndiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl də Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısıHacıbala Abutalıbov da jurnalistləri təhqir etmişdi.

Previous Post

Jurnalistin Avropa Məhkəməsinə şikayəti icraata götürülüb

Next Post

Jurnalistə fiziki güc tətbiq edən polisin işi araşdırılmaq üçün prokurorluğa göndərilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.