“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI BİLƏSUVAR POLİSİ TƏRƏFİNDƏN SAXLANILIB

Dünən (25 iyul) “Yeni Müsavat” qəzetinin müxbiri Elmin Bədəlov Biləsuvar polisi tərəfindən saxlanılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elmin Bədəlov özü məlumat verib.

O bildirib ki, şəhid gizir, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş aksiyanı işıqlandırmaq istəyərkən, polislər ona yaxınlaşaraq çəkilişə icazə verilmədiyini bildiriblər. E.Bədəlov həmçinin qeyd edib ki, polislər onun fotoaparatını və telefonunu əlindən alaraq fiziki təzyiq göstəriblər. Bədəlov polislərin onu şöbəyə apararaq yürüşün təşkilatçısı kimi sənədləşdirmək və inzibati məsuliyyətə cəlb etmək istədikərini də vurğulayıb: “Polis əməkdaşları məni təhqir edirdilər və bildirirdilər ki, guya mənim şəkil çəkməyim insanları qıcıqlandırır və onlar yürüş edirlər”. Fotoaparatının polislər tərəfindən sındırıldığını deyən E.Bədəlov bununla bağlı məhkəməyə müraciət edəcəyini də bildirib.

 

 

Jurnalist əlavə etdi ki, “Yeni Müsavat” məsələnin araşdırılması və jurnalistə təzyiq göstərənlərin cəzalandırılması üçün Mətbuat Şurasına müraciət edib.

 
Biləsuvar rayon Polis Şöbəsinin rəis müavini Alim Səfərov isə RATİ-yə bildirib ki, küçə yürüşünün keçirilməməsi ilə bağlı insanlara müraciət edilmişdi: “Biz jurnalistlərdən də xahiş etmişdik ki, onlar küçə yürüşünü deyil, Milli Qəhrəmanın yaşadığı evin həyətindəki anım tədbirini işıqlandırsınlar. Lakin Elmin Bədəlov bizim çağırışlarımıza məhəl qoymadı” – deyən A. Səfərov onu da vurğuladı ki, E. Bədəlov jurnalist olduğunu desə də, vəsiqəsini təqdim etməkdən imtina edib, yalnız polis idarəsində vəsiqəsini göstərib və bundan sonra sərbəst buraxılıb.

 

Previous Post

3 HƏFTƏLİK QƏZETİN BAŞ REDAKTORU “MÜSTƏQİL MEDİA UĞRUNDA HƏRƏKAT” TƏSİS EDİB

Next Post

XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA SƏBƏB OLAN MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.